“Everton”un 2 futbolçusu “Yuventus”un hədəfindədir

"Yuventus" qış transfer pəncərəsində Duşan Vlahoviçə dəstək ola biləcək hücumçu transfer etmək istəyir.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” Everton”un 2 futbolçusunu heyətinə qatmaqda israrlıdır. Söhbət Dominik Kalvert Luyin və Betodan gedir.

“Everton” rəhbərliyi hər iki futbolçu üçün “Yuventus”dan 42 milyon avro tələb edib.

Qeyd edək ki, “Yuventus” İngiltərə təmsilçisinin tələbinə müsbət yanaşır.