"Everton"un futbolçusu "Milan"ın radarına düşüb

"Everton" klubunun ingiltərəli hücumçusu Dominik Kalvert Luyin karyerasını "Milan"da davam etdirməyə yaxındır.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Milan" Dominik Kalvert Luyini 1 nömrəli transfer hədəfi kimi görür.

İtaliya klubu D.Kalvert Luyin üçün "Everton"a 30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 27 yaşlı futbolçunun Mersisayd klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

O cari mövsüm çıxış etdiyi 15 matçda 2 qol və 1 asistlə yadda qalıb.