Fabian Şer "Nyukasl"da qalacaq
"Nyukasl"ın 34 yaşlı stopperi Fabian Şer klubla yeni müqavilə imzalaya bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
İsveçrə millisinin üzvünün dəyəri 6 milyon avrodur.
Qeyd edək ki, F.Şer cari mövsüm meydan çıxdığı 21 matçda 1 qolla yadda qalıb.