Fabinyo İtaliya nəhənginə keçə bilər
Braziliya millisinin sabiq üzvü Fabinyo Avropaya qayıtmaq arzusundadır.
Sportline.az xəbər verir ki, 32 yaşlı futbolçu ilə “Milan” maraqlanır.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən yarımmüdafiəçi də bu təklifə müsbət baxır.