Fabreqas Almaniya klubunu çalışdıra bilər

"Komo"nun ispanyalı çalışdırıcısı Sesk Fabreqas mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az jurnalist Filipp Hinzenin məlumatına istinadən xəbər verir ki, "Leipziq"in rəhbərliyi klubun sükanı arxasına Fabreqası gətirmək istəyir.

37 yaşlı mütəxəsisin "Komo" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Komo" İtaliya A Seriyasında 33 xalla 13-cü pillədə qərarlaşıb.