Falkao yenidən "Monako"da
Radamel Falkao "Monako"ya qayıdıb. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, son iki mövsümü icarə əsasında "Mançester Yunayted"də keçirən futbolçu yenidən müqavilə ilə məxsus olduğu klubda çıxış edəcək.
Qeyd edək ki, Falkaonun “Monako” ilə müqaviləsi 2018-ci ilin iyununda başa çatır.