Fanatlar "Bursaspor"un futbolçularına hücum ediblər

Türkiyə Super Liqasının 22-ci turunda "Kasımpaşa"ya 0-4 hesabı ilə uduzan "Bursaspor" fanatların qəzəbinə tuş gəlib. Sportline.az xəbər verir ki, oyundan sonra Bursaya qayıdan komandanın avtobusunun qarşısını kəsən azarkeşlər futbolçuları dəyənəklə döyüblər. Bir neçə nəfər ağır xəsarət alıb, avtobusun ön şüşəsi sındırılıb. Polis fanatlardan bir neçəsini "göz altına alıb". 

[Haber görseli]