Fatir Terimin seçimi - Robert de Niro

UEFA "On the shot" layihəsi çərçivəsində rəsmi "YouTube" kanalında növbəti videonu paylaşıb. SportLine.az xəbər verir ki, bu dəfə qonaqlar Tomas Tüxel ("Borussiya" Dortund), Fatih Terim ("Qalatasaray), Yulian Naqlesmann ("Hoffenhaym") və Domeniko Tedesku ("Şalke") olub. 

İştirakçılar "Hansı aktyorun Hollivud filmində sizi canlandırmağınızı istərdiniz?" sualına cavab veriblər. 

Fatih Terim "Robert de Niro" cavabını verib. Domeniko Tedesko da "Robert de Niro" desə də, "Nikolas Keyc də pis olmazdı", - deyə sözlərinə əlavə edib.

Tomas Tüxel Ceyk Cillenholun, Yulian Naqelsmann isə Ouen Uilsonun adını çəkib.