Felipe Melo yumruğunun bəlasına düşdü

Libertadores Kubokunun qrup mərhələsində keçirilən "Penyarol" - "Palmeyras" matçında baş verənlər barədə qərar qəbul olunub.

SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, Braziliya Futbol Federasiyası matçın final fitindən sonra yaşananlara hüquqi qiymət verib. "Palmeyras" klubunun üzvü - Felipe Melo rəqib oyunçunu yumruqla vurduğuna görə  3 oyunluq cəzalandırılıb.

“Penyarol”un üç futbolçusu - Nahitan Nandez, Matyas Miyer və Lukas Hernandezə də 3 oyunluq cəza verilib.