"Fənər" azarkeşlərini qəzəbləndirən futbolçuya ağır cəza verilə bilər
Ötən gün UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində keçirilən "Fənərbaxça" - "Lokomotiv" oyununda Moskva klubunun futbolçusu Dmitri Tarasov üzərində Valdimir Putinin şəkli və "ən nəzakətli prezident" sözləri əks olunan forma ilə yerli azarkeşlərin etirazına səbəb olub. SportLine.az "R-Sport"a istinadən xəbər verir ki, artıq məsələyə UEFA da qarışıb və yaxın günlərdə qurumun məsələ ilə bağlı açıqlama verəcəyi gözlənilir. Yayılan məlumatda futbolçunun 10 oyunluq cəzalandırıla biləcəyi də qeyd olunub. Qitənin ali futbol qurumunun Türkiyə və Rusiya dövlətləri arasındakı siyasi gərginliyi nəzərə alaraq məsələyə ciddi yanaşacağı bildirilir.