"Fənərbağça" Acunun klubuna qarşı

"Fənərbağça" “TV8” kanalının rəhbəri Acun Ilıcalının sahibi olduğu "Hall Siti" ilə yoxlama oyunu keçirəcək.

Sportline.az xəbər verir ki, Çempionşip təmsilçisinə qarşı matç iyulun 10-u Yeni Sakaryadakı "Atatürk stadionu"nda oynanılacaq.

Qeyd edək ki, sözügedən görüş üçün biletlər artıq satışa çıxarılıb.