"Fənərbağça" "Anderlext"lə oyuna belə çıxacaq

Sabah UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, Türkiyənin yarışdakı təmsilçisi "Fənərbağça" səfərdə "Anderlext"lə qarşılaşacaq.

İlk oyunda 3-0 hesabı ilə qalib gələn istanbullulardan cavab oyununda da uğurlu nəticə gözlənilir.

Baş məşqçi Joze Mourinyo Belçika səfərinə 20 nəfərlik heyətlə yollanıb. Zədəli İsmail Yüksek, Çağlar Söyüncü ve Aleksander Ciku ilə yanaşı zədədən yeni dönən qapıçı Dominik Livakoviç siyahıda yoxdur. 

Portuqaliyalı mütəxəssisin səfər düşərgəsində İrfan Can Eyribayat, Osman Ertuğrul Çetin, Engin Can Biterge, Milan Skriniar, Yusuf Akçiçek, Brayt Osayi-Samuel, Mert Müldür, Filip Kostic, Sofyan Amrabat, Fred Rodriges, Şükür Toğrak, Yiyit Emir Ekiz, Mert Hakan Yandaş, Sebastian Şmanski, İrfan Can Kahveci, Duşan Tadic, Anderson Talişka, Edin Dzeko, Yussef En-Nesri ve Cenk Tosun yer alıb.

Qeyd edək ki, "Anderlext" - "Fənərbağça" matçı sabah gecə saat 12-də başlanacaq.