"Fənərbağça" "Anderlext"lə oyuna belə çıxacaq
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, Türkiyənin yarışdakı təmsilçisi "Fənərbağça" "Anderlext"in qonağı olacaq.
İlk oyunda 3-0 hesabı ilə qalib gələn İstanbul nəhənginin cavab matçında meydana fərqli heyətlə çıxacağı gözlənilir.
Fevralın 24-dəki İstanbul derbisini nəzərə alan baş məşqçi Joze Mourinyo bu gün heyətdə rotasiyaya üstünlük verəcək.
Bu mövsüm 36 oyuna 10 gol, 15 asistlə fərqlənən Dusan Tadiçin yerinə İrfan Can Kahvecinin çıxacağı bildirilir.
Onunla yanaşı komandanın əsas qol silahı Edin Ceko da ehtiyatda qalacaq.
Onun start heyətində Anderson Talişka əvəzləyəcək.
Qeyd edək ki, "Anderlext" - "Fənərbağça" görüşü Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq.