“Fənərbağça” Asensio transferini açıqladı
PSJ-nin futbolçusu Marko Asensio karyerasını Türkiyə Superliqasında davam etdirəcək.
Sportline.az xəbər verir ki, ispaniyalı hücum yönümlü yarımmüdafiəçi "Fənərbaxça" klubu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
İstanbul təmsilçisi Asensionun transferi üçün Fransanın PSJ klubuna 7,5 milyon avro məbləğində təzminat ödəyəcək. 29 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Marko Asensio ötən mövsümün ikinci hissəsini icarə əsasında İngiltərənin "Aston Villa" komandasında keçirib.