"Fənərbağça" "Bayer"ə elçi düşüb
"Fənərbağça" "Bayer"in ispaniyalı futbolçusu Aleks Qarsiya ilə yaxından maraqlanır.
Sportline.az xəbər verir ki, bu haqda "Fanatik" qəzeti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçinin hazır ki dəyəri "Transfermarkt" portalına görə 20 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Aleks Qarsiyanın "Bayer"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
O Almaniya klubu heyətində bu mövsüm 36 rəsmi matçda iştirak edib. Aktivində 5 qol və 3 məhsuldar ötürmə var.