“Fənərbağça” “Bodrum”dan üstün oldu
Türkiyə Süperliqasında 29-cu turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, “Fənərbağça” səfərdə “Bodrum”la qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə nəticələnib.
“Bodrum Fk” 2:4 “Fənərbağça”
Qollar: Milan Şıkırinyar 5’, Jorj Puskas 31’, Oğuz Aydın 32’, Sebastian Şimanski 36’, Anderson Talişka 45’, Fredi 85’
Qeyd edək ki, “Fənərbağça” 65 xalla 2-ci pillədə yer alıb. “Bodrum Fk” isə 30 xalla 15-ci pillədə qərarlaşıb.