"Fənərbağça" bugünkü oyuna belə çıxacaq
Türkiyə kubokunda bu gün qrup mərhələsinin son oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, yarışın favoritlərindən sayılan "Fənərbağça" son turda "Qaziantepspor"un qonağı olacaq.
Komandanın baş məşqçisi bugünkü qarşılaşmada meydana fərqli heyət çıxaracaq.
Ntvspor.net-in məlumatına görə, portuqaliyalı mütəxəssis Can Eğribayat, Mert Müldür, Çağlar Söyüncü, Yusuf Akçiçek, Osayi-Samuel, Kostiç, Mert Hakan, Şimanski, İrfan Can Kahveci, Talisca və Cenk Tosundan ibarət start heyətə güvənəcək.
Qeyd edək ki, qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.