"Fənərbağça" daha bir ulduzu heyətinə cəlb edib

"Fənərbağça" "Mançester Siti"nin brazilyalı qapıçısı Edersonu heyətinə qatıb.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

İstanbul klubu bu keçid üçün qarşı tərəfə 13-14 milyon avro qarşılığında məbləğ ödəyəcək.

Qeyd edək ki, Edersonu "Qalatasaray"da transfer etmək istəyirdi.