“Fənərbağça” daha bir ulduzun ovuna çıxıb
"Atalanta"nın nigeryalı hücumçusu Ademula Lukman Türkiyə nəhənginin transfer hədəfinə çevrilib.
Sportline.az jurnalist Ahmet Ercanlar məlumatına istinadən xəbər verir ki, "Fənərbağça" oyunçunun meneceri ilə təmas halındadır.
27 yaşlı futbolçu karyerası ərzində çıxış etdiyi 318 matçda 87 qol 43 asistlə yadda qalıb.
Qeyd edək ki, Lukman Nigerya millisinin üzvüdür.
Onun Berqamo klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.