"Fənərbağça" daha bir ulduzun transferinə hazırlaşır

Bu mövsüm çempionluq uğrunda yarışan "Fənərbağça" heyəti gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, istanbullular bu məqsədlə Almaniyaya üz tutublar.

Söhbət "Bavariya"nın futbolçusu Leon Qoretskadan gedir.

Almaniya millisinin üzvü əsas heyətdək kənarda qalmasından narzı olduğu üçün klubdan ayrılmaq qərarına gəlib.

"Fanatik"in yaydığı xəbərə görə, 29 yaşlı yarımmüdafiəçi bununla bağlı klub rəhbərliyinə xəbərdarlıq edib.

Onun xidmətində maraqlı olan "Fənərbağça" isə, futbolçunu bu mövsüm icarə əsasında heyətə qatmaq üçün hərəkətə keçib.