"Fənərbağça" derbiyə belə çıxacaq
Bu gün Türkiyə Super Liqasında növbəti İstanbul derbisi olacaq.
Sportline.az xəbər verir ki, əzəli rəqiblər "Qalatasaray"la "Fənərbağça" birincilərin meydanında üz-üzə gələcəklər.
Avropa Liqasındakı inamlı oyunla fanatlarını ruhlandıran "sarı-lacivərtlilər" çətin oyunda da onların etimadını doğrultmaq əzmindədirllər.
Baş məşqçi Joze Mourinyonun bugünkü derbidə Livakovic, Şkrinyar, Amrabat, Ciku, Oğuz, Fred, Şmanski, Kostic, Tadic, Ceko və En Nesiridən ibarət start heyətinə güvənəcəyi gözlənilir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.