“Fənərbağça” “Dinamo Zaqreb”in qonağı olacaq
UEFA Avropa Liqasının Liqa mərhələsində yeni mövsümə bu gün start veriləcək.
Sportline.az xəbər verir ki, Türkiyənin yarışdaki yeganə təmsilçisi Fənərbağça Xorvatiyada “Dinamo Zaqreb”lə qarşılaşacaq.
Heyətlərə nəzər saldıqda “Fənərbağça”da Edson Alvares, Con Duran zədə, Anderson Talişka isə cəza səbəbindən matçı buraxmalı olacaq.
“Dinamo Zaqreb”də isə Miha Zaiç, Raul Torrente və Ronael Pierre-Qabriel baş məşqçi Mario Kovaçeviçin sərəncamında olmayacaq.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək matçı fransalı hakim Jerom Brisard idarə edəcək.