"Fənərbağça" "Feyenoord"a qarşı
Bu gün “Feyenoord” və “Fənərbağça arasında UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu olacaq.
Sportline.az xəbər verir ki, yeni mövsümə iddialı başlamaq istəyən “Fənərbağça” Niderland səfərindən sərfəli nəticə ilə qayıtmaq niyyətindədir.
Oyun Rotterdamın şəhərində baş tutacaq. Joze Mourinyonun rəhbərlik etdiyi komandada yeganə itki Rodriqo Bekaonun adı ilə bağlıdır.
“Feyenoord”da isə Antef Tsoungi, Cordan Bos və Kuinten Timber baş məşqçi Robin Van Persinin sərəncamında olmayacaq.
Start fiti saat 23:00-da səslənəcək oyunu isveçli hakim Qlenn Niberq idarə edəcək.