“Fənərbağça” “Feyenoord”dan üstün oldu

Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi buna III təsnifat mərhələsinin cavab oyununda Niderlandın “Feyenoord” kollektivinə qalib gəlməklə (5:2) nail olub.

Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzan komanda növbəti raunda yüksəlib.

“Fənərbağça” pley-offda “Benfika” (Portuqaliya) - “Nitsa” (Fransa” cütünün qalibi ilə görüşəcək. Fransadakı ilk qarşılaşmada qonaqlar iki cavabsız qolla qalib gəlib.