“Fənərbağça” Fransada futbolçu alır
“Anje” klubunun hücumçusu Sidiki Şerif karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxın ola bilər.
Sportline.az xəbər verir ki, “Fənərbağça” fransalı futbolçunu heyətinə qatmaqda maraqlıdır.
İstanbul təmsilçisi 19 yaşlı forvardla şəxsi müqavilənin şərtləri üzrə razılıq əldə edib.
“Anje” isə gənc hücumçu üçün 20 milyon avro tələb edir. Tərəflər arasında danışıqlar hələ də davam edir.