"Fənərbağça" fransalı ulduzu heyətinə qatmaq istəyir
"Fənərbağça" qışda heyətinə yeni hücumçu transfer etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, İstanbul klubunda əsas hədəf "Əl-İttihad"ın fransalı ulduzu Kərim Benzemadır.
Bu haqda "Fotomaç" nəşri məlumat yayıb.
Qeyd edək ki, 37 yaşlı futbolçunun dəyəri 7 milyon avrodur.
O, cari mövsüm meydana çıxdığı 4 matçda 3 qolla yadda qalıb.