"Fənərbağça" futbolçusunu icarəyə verdi
Türkiyə millisinin və “Fənərbağça” klubunun futbolçusu Cengiz Ündər karyerasını ABŞ-də davam etdirməyə hazırlaşır.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Los-Anceles” klubu ilə razılığa gəlib.
Təcrübəli futbolçu MLS təmsilçisi ilə bu ilin iyun ayına qədər icarə müqaviləsi bağlayacaq. O, transfer danışıqlarını tamamlamak üçün ABŞ-yə gedib.
Qeyd edək ki, Cengiz Ündər 2023-cü ildə Fransanın “Marsel” klubundan “Fənərbaxça”ya transfer olunub.