"Fənərbağça" heyətini brazilyalı futbolçu ilə gücləndirib

"Fənərbağça" qapı xəttini gücləndirib.

Sportline.az xəbər verir ki, Super Liqanın nəhəng klubu “Mançester Siti”nin qapıçısı Edersonu heyətinə qatıb. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Braziliya millisinin üzvü olan 32 yaşlı qolkiper üçün “Fənərbağça” İngiltərə təmsilçisinə 11 milyon avro təzminat ödəyəcək. Edersonla 3+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Ederson 2017-ci ilin yayında “Mançester Siti”yə “Benfika” klubundan keçmişdi. Təcrübəli qapıçı bu mövsüm Premyer Liqa çempionunun heyətində 3 rəsmi oyunda forma geyinib.