"Fənərbağça" İrfan Can Kahveci ilə bağlı qərar verdi
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Fənərbağça"da sular durulmaqdadır.
Sportline.az xəbər verir ki, heyətə əl gəzdirməkdə olan istanbullular futbolçularla bağlı qərarları açıqlamaqdadırlar.
Qeyr-müəyyənliyin hökm sürdüyü məqamlardan biri komandanın ulduz futbolçusu İrfan Can Kahvecinin adı ilə bağlı idi.
"Fotomaç"da yayılan xəbərə görə, sözügedən futbolçu ilə yola davam ediləcək.
Baş məşqçi Joze Mourinyo rəhbərliyə onun xidmətində maraqlı olduğunu bildirib.
Qeyd edək ki, İrfan Can Kahvecinin "Beşiktaş"a keçəcəyi ilə bağlı xəbərlər dolaşırdı.