"Fənərbağça" italiyalı forvardı hədəfləyib
"Fənərbağça" gələn mövsüm daha güclü heyət formalaşdırmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, "sarı-lacivərtlilər"in transfer siyahısında bir neçə məşhur futbolçu yer alır.
"A Spor"un yaydığı məlumata görə, gündəmdə olan oyunçulardan biri Matias Vesinodur.
Mövsümün sonunda "Latsio"dan ayrılacağı gündəmdə olan hücumçunun karyerasını "Fənərbağça"da davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, Vesino ötən mövsümün əvvəlində "Qalatasaray"la anlaşsa da, azarkeşlərin təzyiqi bu transferin baş tutmasına imkan verməmişdi.