"Fənərbağça" - "Mançester Yunayted" matçının hakimləri açıqlanıb

UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyunlar keçiriləcək.  . 

Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən biri İstanbulda gözlənilir.

Söhbət "Fənərbağça" - "Mançester Yunayted" oyunundan gedir.

Oktyabrın 24-ü baş tutacaq görüşün hakim təyinatı açıqlanıb.

Qarşılaşmanı fransalı Klement Turpin idarə edəcək.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq..