“Fənərbağça” məşhur futbolçu ilə maraqlanır
“Arsenal”ın brazilyalı oyunçusu Qabriel Martinelli “Fənərbağça”nın maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, İstanbul klubu 24 yaşlı sol cinah vingeri transfer etməyi planlaşdırır.
Bu haqda jurnalist Sercan Hamzaoğlu məlumat yayıb.
Qeyd edək ki, Martinellinin dəyəri 45 milyon avrodur.