"Fənərbağça" niderlandlı oyunçu ilə maraqlanır

Ferdi Kadıoğlunu "Brayton"a göndərməyə hazırlaşan "Fənərbağça" onun boşluğunu "Klub Brugge"nin futbolçu ilə doldurmaq istəyir.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Türkiyə klubu 21 yaşlı sol cinah müdafiəçisi Byorn Meyerin transferində maraqlıdır.

Gənc futbolçunun hazırki transfer dəyəri 6 milyon avrodur. Ötən mövsüm Belçika klubu ilə 41 oyuna çıxan Meyer 2 qol və 3 asistlik performans göstərib. Onun komandası ilə 2026-cı ilə qədər müqaviləsi var.

Qeyd edək ki, "Fənərbağça"nın transfer siyahısında Serxio Ruqilyon və Arçi Braunun da adları var.