“Fənərbağça” polşalı futbolçusu ilə vidalaşdı

“Fənərbağça”da ayrılıq rəsmiləşib.

Sportline.az xəbər verir ki, Sebastian Şimanski sosial şəbəkə hesabında klubla vidalaşdığı paylaşım edib. Fransanın “Renn” klubu ilə razılığa gələn 26 yaşlı futbolçu açıqlamasında bunları yazıb:

“Əziz "Fənərbağça" ailəsi, bu gün vidalaşmaq və karyeramın mənim üçün çox önəmli olan bir səhifəsini bağlamaq zamanıdır. Məni bu böyük klubun bir üzvü etdiyiniz üçün rəhbərliyə təşəkkür edirəm. Bu formanı daşımaq mənim üçün həmişə qürur mənbəyi olub, - deyə Şimanski bildirib.