"Fənərbağça" "Qaziantep"ə qarşı

Türkiyə Kubokunda mübarizə davam edir.

Sportline.az xəbər verir ki, turnirin əsas favoritlərindən sayılan "Fənərbağça" səfərdə "Qaziantep"lə qarşılaşacaq.

"Fənərbağça"da itkilərin sayı kifayət qədərdir. Allen Sen-Maksimen, Dioqo Karlos, İsmail Yüksek, Ceyden Ostervolde və Rodriqo Bekao zədə səbəbindən oyunu buraxmalı olacaq.

"Qaziantep"də isə Enrik Saborit və Qodrey Stefen görüşün iştirak ərzəsində yer almayıb.

Qeyd edək ki, start 17:00-da başlanacaq matçı Yasın Kol idarə edəcək.