“Fənərbağça” “Real”ın futbolçusuna göz qoydu
"Fənərbağça" yanvar ayında heyətinə yeni mərkəz müdafiəçisi transfer etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, əsas hədəf "Real Madrid"in stopperi Antonio Rudigerdir.
Bu haqda "Fanatik" nəşri məlumat yayıb.
Qeyd edək ki, Rudiger gələn ilin yayında azad agent statusunda olacaq.