"Fənərbağça" "Reyncers"ə qarşı

UEFA Avropa Liqasında bu gün 1/8 final mərhələsinin ilk matçları keçiriləcək.

Sportline.az xəbər verir ki, Türkiyənin Avro Kuboklarda yeganə təmsilçisi “Fənərbağça” 1/8 finalın ilk görüşündə “Qlazqo Reyncers”i qəbul edəcək.

“Fənərbağça”da Brayt Osayi-Samuel, Dioqo Karlos, Ceydon Ostervolde, Rodriqo Bekao, İsmayil Yüksek zədə, Fred isə cəza səbəbindən oyunda iştirak etməyəcək.

“Qlazqo Reyncers” isə matça optimal heyətlə çıxacaq. Start fiti 21:45-də səslənəcək oyunu ispaniyalı hakim Alexandro Hernandez idarə edəcək.