"Fənərbağça" "Reyncers"ə qarşı

UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.

Sportline.az xəbər verir ki, “Fənərbağça” 1:3 məğlub olduğu “Qlazqo Reyncers”lə bu dəfə Şotlandiyada qarşılaşacaq.

İstanbul nəhəngində əsas itki Brayt Osayi Samuel, Çağlar Söyüncü, Dioqo Karlos, İsmayıl Yüksek, Ceydon Ostervolde və Rodriqo Bekaonun adı ilə bağlıdır.

“Qlazqo”da isə Robin Propper və Nerayşo Kasanviryo zədə səbəbindən matçı buraxmalı olacaq.

Start fiti gecə yarısı saat 12-də başlanacaq oyunu norveçli Espen Eskas idarə edəcək.