"Fənərbağça" son anda braziliyalının transferindən vaz keçdi

"Fənərbağça" son anda braziliyalı futbolçu Qabriel Souzanın transferindən imtina edib.

Sportline.az xəbər verir ki, ilkin anlaşmanın əldə olunduğu 20 yaşlı hücumçu tibbi müayinədən keçə bilməyib.

Onun sağ dizində yırtıq aşkarlanıb.

Qeyd edək ki, "Fənərbağça" transfer reallaşdıqdan sonra Souzanı bu mövsümlük "Kasımpaşa"ya icarəyə verməyi planlaşdırırdı.