"Fənərbağça" "Trabzonspor"u məğlub etdi
Türkiyə Süperliqasında 30-cu turun matçları davam edir.
Sportline.az xəbər verir ki, "Fənərbağça" "Şükrü Saracoğlu" stadionunda "Trabzonspor"la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib.
"Fənərbağça" 4:1 "Trabzonspor"
Qollar: Denis Draquşin, 45+4, Anderson Talişka, 51, (pen), 64, 77, Milan Şıkırinyar, 60
Qeyd edək ki, "Fənərbağça" 68 xalla 2-ci pillədə yer alır. "Trabzonspor" 36 xalla 11-ci pillədə qərarlaşıb.