"Fənərbağça" ukraynalı futbolçunu transfer etmək niyyətindədir
"Fənərbağça" "Arsenal"ın ukraynalı futbolçusu Oleksander Zinçenkonu heyətinə qatmağı düşünür.
Sportline.az "TRT Spor" kanalına istinadən xəbər verir ki, İstanbul nəhəngi oyunçunun meneceri ilə təmas halındadır.
28 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 20 milyon avrodur.
Qeyd edək ki, Zinçenkonun "Arsenal"la müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.