"Fənərbağça" ulduz futbolçu üçün hərəkətə keçib
"Fənərbağça" klubu qış transfer dönəmi üçün planlarını qurmaqdadır.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi orta sahəyə daha bir ulduz futbolçu cəlb etmək niyyətindədir.
Söhbət "Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretskadan gedir.
"Fotomatç"ın yaydığı xəbərə görə, baş məşqçi Domeniko Tedesko klub rəhbərliyi qarşısında bununla bağlı məsələ qaldırıb.
Qeyd edək ki, Qoretsko 2017-2018-ci illərdə "Şalke"də Tedeskonun rəhbərliyi altında oynayıb.
30 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 11 oyunda 1 qolla yadda qalıb.