“Fənərbağça” ulduzu ilə yola davam edəcək
"Fənərbağça" bosniyalı futbolçusu Edin Ceko ilə yola davam edəcək.
Sportline.az "Ntvspor.net"ə istinadən xəbər verir ki, İstanbul nəhəngi Cekoya 1 illik yeni müqavilə təklif edib.
38 yaşlı forvard Türkiyədə qalmağa üstünlük verir.
Qeyd edək ki, Ceko 2023-cü ildən "Fənərbağça"da çıxış edir.