"Fənərbağça" və "Qalatasaray" transfer yarışına girib

"Fənərbağça" transfer səylərini davam etdirir.

Sportline.az xəbər verir ki, Türkiyə nəhəngi "Tottenhem"də oynayan Pape Matar Sarrın xidmətində maraqlıdır.

"Africafoot"un məlumatına görə, "Qalatasaray" da gənc futbolçunu transfer etmək istəyir. Bildirilir ki, Pape Matar Sarr "Fənərbağça" üçün prioritet transfer hesab edilir.

Məlumata görə, "Fənərbağça" ötən mövsümün əvvəlində İv Bissouma ilə yanaşı, Pape Matar Sarrın transferini nəzərdən keçirib, lakin danışıqlar uğurlu alınmayıb.

Qeyd edək ki, Pape Matar Sarrın "Tottenhem"lə müqaviləsi 2030-cu ildə başa çatır. Onun transfer dəyərinin 35 milyon avro olduğu bildirilir.