“Fənərbağça” yeni qapıçı axtarışına çıxıb
“Lion”un brazilyalı qapıçısı Lukas Perri karyerasını Türkiyədə davam etdirə bilər.
Sportline.az “RTI Esporte”yə istinadən xəbər verir ki, “Fənərbağça” 27 yaşlı kiperi transfer etmək niyyətindədir.
L.Perrinin “Lion”la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm Fransa klubunun heyətində 38 rəsmi matçda iştirak edib və qapısında 47 qol görüb.
Qeyd edək ki, Perrinin transfer qiyməti 10 milyon avro olaraq təyin olunub.