“Fənərbağça” yeni qapıçı axtarışına çıxıb
"Fənərbağça" klubu yeni qapıçı axtarışına çıxıb.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi "Valensiya"nın makedoniyalı kiperi Stol Dimitrievskini rənglərinə bağlamaq niyyətindədir.
31 yaşlı futbolçunun transfer qiyməti 3 milyon avrodur.
Qeyd edək ki, Dimitrievskinin "Valensiya" ilə sözləşməsi 2026-cı ilin yayına qədərdir.