"Fənərbağça"da ayrılıq

"Fənərbağça"nın futbolçusu Cengiz Ünder, karyerasını ABŞ-da davam etdirməyə qərar verib.

Sportline.az xəbər verir ki, "Los Anceles" klubu türk vingerini icarəyə götürməyə hazırlaşır. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

MLS komandası, Cengizi 1,2 milyon avro qarşılığında bir mövsüm müddətinə icarəyə götürəcək.

Futbolçunun maaşını iki klub bölüşdürəcək. "Los Anceles" klubu, 27 yaşlı hücumçunu daimi transfer etmək hüququna sahib olacaq.

Qeyd edək ki, "Fənərbağça" Cengiz Ünderi 2023-cü ilin yayında "Marsel"dən transfer edib.

Türkiyə millisinin üzvü, bu mövsüm İstanbul klubunun heyətində 9 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.