"Fənərbağça"da ayrılıq gözlənilir
"Fənərbağça"nın serbiyalı futbolçusu Duşan Tadiçin komandadan ayrılacağı gözlənilir.
Sportline.az xəbər verir ki, bu haqda "A Spor"da məlumat yayılıb.
Mənbənin bildirdiyinə görə təcrübəli yarımmüdafiəçi istanbulluların gələn mövsüm üçün planlarına daxil deyil.
Onun Amsterdam "Ayaks"ına transfer olunacağı bildirilsə də, son günlər yayılan xəbərlərdə MLS variantı ortaya çıxıb.
Tadiçin okeanın o tayından aldığı daha sərfəli təklifi dəyərləndirəcəyi bildirilir.