"Fənərbağça"da daha iki ayrılıq
Yeni mövsümə hazırlığı davam etdirən "Fənərbağça" heyətə əl gəzdirməkdədir.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi yeni transferlərlə yanaşı xidmətinə ehtiyac duyulmayan futbolçuları da müəyyənləşdirib.
Baş məşqçi Joze Mourinyonun "qara siyahı"sında yer alanlar arasında Sofian Amrabatla Sebastyan Şimanski də var.
Portuqaliyalı mütəxəssis rəhbərliyə verdiyi raportunda bu futbolçuların da adını qeyd edib.
Hər iki oyunçunun yaxın günlərdə komandadan ayrılacağı gözlənilir.