"Fənərbağça"da Ferdi Kadıoğlu şoku

"Fənərbağça"nın aparıcı simalarından olan Ferdi Kadıoğlunun klubdan ayrılacağı gündəmdədir.

Sportline.az xəbər verir ki, onun karyerasını İngiltərədə davam etdirəcəyi gözllənilir.

Ntvspor.net saytında yayılan xəbərə görə, Ferdi "Brayton"la şəxsi razılıq əldə edib.

Qalır klubların transfer məbləğində razılığa gəlməsi.

"Brayton"un İstanbul nəhənginə 35 milyona yaxın avro ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm 5 oyunda 1 qolla fərqlənib.